Nəcməddin Sadıkov görüş keçirib

Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib.

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, general-polkovnik N.Sadıkovla Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüş keçirilib.

Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.



 

Orxan