Narkotik alverilə məşğul olan qadın tutuldu

Qadin narkotik

Bakının Suraxanı rayonunda narkotika alverilə məşğul olan qadın tutulub.
Xalq.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Asudə Soltanovadan 2 kiloqram 65 qram marixuana götürülüb. Qadının narkotik alverilə məşğul olduğu bildirilib.

Qeyd edək ki, əməliyyat Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Faktla bağlı artaşdırma aparılır