Bakıda ali təhsil müəssisəsində ölüm

Olum

Bu gün Bakının nərimanov rayonunda ali təhsil müəssisəsində ölüm hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Xalq.az-a verilən məlumata görə, faciəli hadisə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında baş verib.

Belə ki, universitetdə çalışan 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev binanın dördüncü mərtəbəsindən yıxılıb. O, hadisə yerindəcə ölüb. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Qeyd edək ki, Fuad Rzayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında laborant vəzifəsində çalışır