Xalq artisti xəstəxanaya yerləşdirilib

Ramiz Azizbeyli

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib. Xalq.az-ın məlumatına görə, rejissor və aktyor kimi fəaliyyət göstərən sənətçinin vəziyyəti bu gün pisləşib. O, səhər saatlarında Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Bu barədə saytımıza aktyorun yaxın dostu və “Adəm” adına Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının rəhbəri Nicat Əsgərov məlumat verib. O bildirib ki, aktyor hal-hazırda müayinə edilir. Müayinədən sonra isə həkimlər sənətçiyə dəqiq diaqnoz qoyacaqlar:

“Can dostumun vəziyyəti ağırdır. Səhər xəstəxanaya yerləşdirmişik. O hamını tanıyır və eşidir, amma özü ünsiyyət qura bilmir. Ramizin vəziyyəti fevral ayının 9-u qəzadan sonra çox pisləşib. O, iflic keçirib, özünü pis hiss etməyə başladı dərhal həkim çağırdıq. Həkimlər xəstəxanaya yerləşdirməyi məsləhət gördülər, buna baxmayaraq Ramiz buna razılıq vermirdi”.

N.icat eləcə də bildirib ki, aktyor daha sonra müalicəsini ev şəraitində davam etdirib və hər kəs ümüd edib ki, onun vəziyyəti yaxşılaşacaq. Son günlər isə Ramiz Əzizbəylinin vəziyyəti dahada pisləşərək kritik hala çatıb