Natavan toyda 4000 manata oxuyur

Natavan toy qiymətini açıqladı

 

04

Müğənni Natavan Həbibi həmkarları ilə bağlı açıqlama verib.

Xalq.az Axşam.az-a istinadən xəbər verir ki,  O, özünü digər həmkarlarından ikiüzlü olmamaqla fərqləndirib:

“Müğənnilər danışdıqlarımı düzgün başa düşmürlər. Mən heç vaxt yalan danışmamışam. Başqaları kimi ikiüzlü oyun aparmamışam. Kiminsə ünvanına söz demişəmsə, onun adını çəkmişəm. Heç bir sənətçinin arxasınca danışmamışam. Məhz elə bu xasiyyətimə görə, sənətçilər məni çox istəməlidirlər. Özümdən yaşca balaca olan müğənnilərin ünvanına bəzi sözləri demişəm, təhqir etmək üçün yox, məsləhət mənasında. İstədikləri vaxt onlara məsləhət verməyə hazıram. Yaşda məndən kiçik olanları özümə bacı bilirəm”.

Biznesindən danışan Natavan toylara getmə qiymətini də açıqlayıb:

“Mənim üçün sənətdən pul qazanmaq önəmli deyil. Öz biznesimdən kifayət qədər gəlirim var. Ona görə də ancaq yarım saatlıq razılaşıram. Üstəlik, hər dəvəti qəbul etmirəm. Saytlar yazır ki, Natavan 2000 manata toya gedir. Amma bu, yalan söhbətdir, mən yarım saatı 4 min manata gedirəm. Hər zaman da hörmətlə qarşılanıram. Bütov toy qəbul etmirəm, özümü yormaq istəmirəm”.