NATO hərbçiləri Ukraynada

31

 

Ukraynada NATO hərbi qüvvələrinin iştirakı ilə hərbi təlimlər start götürüb.

Təlimlərə 15 NATO və qeyri-NATO ölkələrindən 1000-dən çox hərbiçi qatılıb. Hərbi təlimlər Lvov şəhərində Polşa ilə sərhəd bölgələrdə keçirilir. Məlumata görə, təlimlər sentyabr ayının 26-na qədər davam edəcək. Təlimlər bir müddət əvvəl Ukraynada cərəyan edən döyüşlərlə əlaqədar təxirə salınmışdı.

Ukraynanın ordu polkovniki Oleksandr Sivak hərbi təlimlər zamanı, əsasən, qarışıq döyüş taktikalarının aspektlərinə diqqət yetirəcəklərini bildiriblər. Təlimlərdə hazırlıq keçən hərbiçilərin təcrübələrindən Donbass regionunda terorçulara qarşı aparılan əməliyyatlarda istifadə olunacaq.

Ukraynanın baş naziri Arseni Yatsenyuk bir qədər əvvəl Ukraynanın NATO-ya üzvlük məsələsini parlamentdə müzakirəyə çıxarmışdı. Yatsenyuk ölkənin NATO-ya üzv olması üçün lazımi tədbirlərin görülməsinə çalışacağını bəyan etmişdi.

Rusiya rəhbərliyi isə, Ukraynanın NATO-yönümlü siyasətinə və təşkilatın şərqi Avropada güclənməsinə qarşı çıxır.Anspress