Əhalinin banklara 1 milyard borcu var

 

 

 

XALQ.AZ  xəbər verir ki, avqustun 1-i vəziyyətinə görə ölkə iqtisadiyyatında istifadə olunan kreditlərin həcmi 17 milyard manat olub. Dövlət Statistika Komitəsindən Lent.az-a veilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən kreditlərin həcmi 20 faiz artıb. Kredit qoyuluşunun 34,7 faizi dövlət, 62,4 faizi özəl banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 79,1 faizini uzunmüddətli kreditlər təşkil edib. 5,3 faizinin ödənilmə vaxtı keçib. Bu da təxminən 1 milyard manata yaxındır.