NATO hərbi təlimlərə başladı

16

 

“Krımın işğalında əvvəl planlaşdırdığımız təlimləri keçiririk”

 

Bolqarıstanın Qara dəniz sahillərində “Briz-2014”ün genişmiqyaslı hərbi təlimlərinə start verilib.
Axar.az xəbər verir ki, Böyük Britaniya, Yunanıstan, İtaliya və ABŞ-dan olan dənizçilər də bu hərbi təlimlərdə iştirak edir.
NATO “Briz” hərbi təlimlərinin Rusiyanın Krımı işğal etməzdən əvvəl planlaşdırıldığını açıqlayaraq, indiki halda bu əməliyyatların xüsusilə vacib olduğunu vurğulayıb. Təlimin əsas məqsədi Alyansın Şərqi Avropa üzvlərinə öz tərəfdaşlarına etibar edə biləcəklərini nümayiş etdirməkdən ibarət olduğunu deyib.