Naxçıvana uçuşların vaxtı açıqlandı

Daxili uçuşlar iyunun 15-dən başlanacaq.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, Azərbaycan dövlət sərhədlərinin bağlı qalması iyulun 1-dək uzadılıb: “Beynəlxalq uçuşlar, yük daşımaları və çarter reysləri istisna olmaqla, iyulun 1-dək dayandırılıb. 

Daxili uçuşların iyunun 15-dən etibarən başlanması nəzərdə tutulub. İlkin olaraq Naxçıvana həftədə iki dəfə uçuş həyata keçiriləcək”. 

Ehtiyac olarsa, növbəti günlərdə uçuşların sayı artırılacaq.