Xoşagəlməz mənzərənin şahidi olduq – Ramin Bayramlı

Operativ Qərargahın qərarları çox ciddi müzakirələr və epidemioloji göstəricilərə görə qəbul edilir.

XALQ.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin Sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

“Baxmayaraq ki, ölkəmizdə ilk dəfə sərt şəkildə küçəyə çıxma qadağası tətbiq olundu, vətəndaşlarımız həmrəylik göstərərək bu qaydalara riayət etdilər.

Çox az da olsa bəzi yerlərdə çörək satışı növbələrində xoşagəlməz mənzərənin şahidi olduq. Güman edirik ki, bu təşvişlə bağlı idi və bir daha bu halla qarşılaşmayacağıq.

Bu həmrəyliyin statistik göstəricilərini növbəti həftələrdə sizinlə bölüşəcəyik”.