Naxçıvanda əsgərimiz həlak oldu

Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz əsgər Həsənov Nurlan Eldar oğlu dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olub.

XALQ.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.