“Naxçıvanda rəhbərliyin dəyişməsi bölgəyə yeni nəfəs gətirdi” – Deputat

Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər dövlət proqramı ilə bağlı sərəncam hazırlayıb. Cənab Prezident uzun müddətdir ki, hakimiyyətdə olduğu dövrdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm sərəncamlar verir. Bütün inkişafa dair proqramın icrasına isə şəxsən özü nəzarət edir”. Bu sözləri millət vəkili Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, ölkə başçısı şəxsən özü regionlarda yeni zavodların, tikintilərin açılışında iştirak edir, xüsusi tapşırıqlarını verir: “Bu isə ölkəmizin ümumi inkişafına böyük bir töhfə kimi qiymətləndirilməlidir.

Naxçıvan Muxtar Respublikası uzun müddət blokada şəraitində yaşayıb. Ümummilli Liderimizin ora gəlişi isə Naxçıvanın bütün sahələr üzrə inkişafına səbəb oldu. Ulu Öndər Naxçıvanın bu cür inkişafını çox qısa zamanda təmin edə bildi.

Son zamanlar Naxçıvanda rəhbərliyin dəyişməsi isə bölgəyə yeni nəfəs gətirdi. Qəbul edilən dövlət proqramı isə Naxçıvanda bütün sahələri əhatə etməklə, onun inkişafında mühüm rol oynayacaq”.