Nazim Həsənov Nəsimi Rayon Mühafizə İdarəsinin rəisi təyin edildi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nazim Həsənov Nəsimi Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.
Yeni vəzifəyə təyin edilən Nazim Həsənov müdafiə naziri general-polkovnik Zakir Həsənovun oğludur.
Qeyd edək ki, Nazim Həsənov bu təyinatadək Xətai Rayon Mühafizə İdarəsinin rəisi olub.