Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

XALQ.AZ xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub. Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.
Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusiflibu vəzifəyə təyinat alıb.
Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər.