Nazir açıqladı-Erməni idmançlarıda Bakıya gələcək?

“Avqustun 15-də Bakıda start götürəcək atıcılıq üzrə dünya çempionatına ermənilər də qeydiyyatdan keçiblər”. XALQ.AZ xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov atıcılıq üzrə dünya çempionatının mətbuat konfransında deyib.

“Amma daha sonra ətraflı başqa bir məlumat göndərməyiblər. Ona görə də iştirak edib-etməyəcəklərini dəqiq bilmirik. Bununla belə hər zaman ölkəmizdə keçirilən yarışlarda Azərbaycan tərəfi təhlükəsizliyi təmin edib. Bu dəfə də eyni cür olacaq”-, deyə o, əlavə edib.