Nazir: Azərbaycan gəncləri innovativ inkişafa böyük maraq göstərir

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qatılanlar gənclərdir. Sevindirici haldır ki, Azərbaycan gəncləri innovativ inkişafa böyük maraq göstərir. Çünki müasir dövrdə innovativ düşünən gənclərə ehtiyac çox böyükdür.

XALQ.AZ  xəbər verir ki, bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “AZCLOUD Hackathon 2019” müsabiqəsinin açılış mərasimində deyib.

Nazir bildirib ki, ölkəmizdə hər bir sahənin inkişafında innovasiyalar və müasir texnologiyaların tətbiqi vacibdir. İnnovativ inkişaf modelinin reallaşdırılması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atılıb və qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycanda hazırda startapların, kiçik və orta sahibkarların biznes bacarıqlarının artırılması, biznesin təşkilinin dəstəyinə xüsusi önəm verilir.