Nazir Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

78

Nazir Əli Abbasov Azərbaycanı RRB-nin Rabitə Administrasiyası Başçıları Şurasının 49-cu iclasında təmsil edib.

 

15-17 iyul tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin (RRB) MDB sahə nazirləri və Rabitə Administrasiyası Başçıları Şurasının 49-cu və MDB ölkələrinin Koordinasiya Şurasının 20-ci iclasları keçirilib.

İclaslarda Azərbaycanı  rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.