Zərdab rayonunda aksiya gözlənilir

45

 

Zərdab kənd sakinlərini dinləyən yoxdur

 

Zərdab sakinləri Xalq.az müraciət edərək şikayətləniblər. Belə ki, Zərdab  rayonunda yaranan problemlərin həlli istiqamətində heç bir addım atılmır. Kəndlərdə yaşayanlar  sosial problemlərin həlli üçün İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevə  müraciət etməklərinə baxmayaraq heç bir dəyişiklik olmadığını vurğulayırlar. Körpükənd,Dəli Quşçu,Qaravəlli,Çallı, və Pərvanlı  sakinlərinin sosial-iqtisadi problemləri uzun illərdir həll edilməz olub. Belə ki, Lütvəli Babayevə müraciət etməkdən daha beziblər. Acınacaqlı vəziyyətdə yaşayan kənd sakinləri  “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı bütün regionları əhatə etdiyi halda, Zərdab Rayon İcra Hakimiyyətinin başçısının  təşəbbüskarlığının olmaması səbəbindən bu kəndlərdən yan keçib. Kənd sakinləri redaksiyaya müraciət edərək bildiriblər ki, yaxın günlərdə rayonun mərkəzinə yürüş edəcəklər əğər icra başçısı bizi qəbul etməsə aksiya keçiriləcək.

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq