Nazir dünya çempionumuzu işdən çıxardı

22

 

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib. AzNews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun əmri ilə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi, dünya çempionu Arif Abdullayev tutduğu vəzifədən azad edilib.

Onun yerinə, bir vaxtlar sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi olmuş, yığma komandanın baş məsləhətçisi Saypulla Absaidov təyin olunub.

Qeyd edək ki, federasiyanın prezidenti Fazil Məmmədov həm də respublikanın vergilər naziridir.

 

3 8