TQDK abituriyentlərə müraciət etdi

 

4

Onlar orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək hüquqlarını itirəcəklər.

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə təqdim etmiş bəzi abituriyentlər eyni zamanda, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim ediblər.

Xalq.az TQDK-nın saytına istinadən xəbər verir ki, iyunun 29-da ümumi orta təhsil bazasında kolleclərə keçirilən qəbul imtahanında müsabiqə şərtini ödəyən və ixtisas seçiminə buraxılan həmin abituriyentlər bu təhsil pilləsinə qəbul olduqları təqdirdə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək hüquqlarını itirəcəklər.