İşdən çıxarılan əməkdaş Fövqəladə Hallar Nazirliyini məhkəməyə verib.

XALQ.AZ xəbər verir ki, FHN-lə bağlı iddianı nazirliyin keçmiş işçisi Qasımov Kamran Akif oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların  hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. Tərəflər əmək mübahisəsi üzrə problem yaşayır. İddiaçı işə bərpa edilməsini tələb edir.

FHN-lə bağlı iş baxılmasl üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 11 mart tarixində hakim Günel Abbasovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.


media-ads-728x90

Bənzər xəbərlər