Nazir müavini İsveçrəyə gedir

Nazir

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 30 iyun – 4 iyul tarixlərində İsveçrədə səfərdə olacaq.

XALQ.AZ-ın Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mahmud Məmməd-Quliyevin Azərbaycanın Respublikasının Ümumdünya Ticarət Təşkilatı ilə əməkdaşlığı üzrə ikitərəfli danışıqlarda iştirak edəcəyi gözlənilir.

Səfər çərçivəsində nazir müavini Mahmud Məmməd-Quliyevin Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatının rəhbərliyi ilə görüşləri də nəzərdə tutulub.