Nazir Qusara gedir

Qarayev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vətəndaşlarla görüşəcək.

XALQ.AZ-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadla verdiyi məlumata görə, nazir avqust ayının 29-da saat 11.00-da Qusar şəhərində Heydər Əliyev Mərkəzində (Mirzə Vəliyev küçəsi) Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.