Sanatoriya binasında yanğın

Sanatoriya

Abşeronda sanatoriya binasında yanğın olub.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Abşeron rayonunda dördmərtəbəli sanatoriya binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan otağın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Qonşu otaqlar yanğından mühafizə olunub.

Yanğın səhər saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.