Nazir rəisi işdən azad etdi

53

 

Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsindən çıxarılıb.

Xalq.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, HDQ-nın komandanı vəzifəsini icra edən, qurumun qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov sərəncama göndərilib.

Onun yerinə isə II dərəcəli kapitan Şahin Məmmədov təyin edilib.

Qeyd edək ki, martın 11-də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib.

Ş.Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.