Nazir rəisi işdən azad etdi

 

25

Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, pokovnik Şahmar Paşayev vəzifəsindən azad olunub. Xalq.az AzNews.az-a istinadən xəbər verir ki , o, nazirə raport yazaraq, səhhəti ilə bağlı işdən azad olunmasını istəyib. Bundan sonra Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri imzalayıb. Qeyd edək ki, Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34 və 37-ci polis bölmələrinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.