Nazirdən kadr dəyişikliyi

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

XALQ.AZ xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmər əsasən, Sumqayıt şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Nəriman İmanov tutduğu vəzifədən azad olunaraq, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib. Hələlik onun yerinə təyinat yoxdur

Nazirin digər əmri ilə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov sərəncama göndərilib.