Ötən il 13 min boşanma olub

Ötən il qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) XALQ.AZ-a verilən məlumata görə, qeydiyyat şöbələri tərəfindən ötən ilin yanvar-noyabrında 32437 nikah və 13439 boşanma halları qeydə alınıb.

Rəsmi məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.