Nazir şikayət dinlədi

Nazir

Prezidentin tapşırığı ilə vəzifəli şəxslərin bölgələrə səfərləri davam edir.

XALQ.AZ-ın məlumatına görə, bu gün proqram çərçivəsində Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Qusara gəlib.

Nazir Heydər Əliyev Mərkəzində bölgənin Quba, Siyəzən, Şabran və Xaçmazdan olan 30-dan artıq sakinini qəbul edib. Onların təmsil etdiyi nazirlikdən asılı olan yerlərdəki şikayətini dinləyib problemin həlli üçün nazir müəyyən göstərişlər verib.

Aidiyyatı olmayan şikayətlər isə öz ünvanlarına göndərilməsi üçün qeydə alınıb.