Usta dəhşətli şəkildə can verdi

Usta

Mingəçevir sakini Bakıda bədbəxt hadisənin qurbanı olub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 28-də Mingəçevir şəhər sakini Elşən Piriyevi Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində təmir işləri apardığı evdə elektrik cərəyanı vurub.

Həkimlərin səyinə baxmayaraq, mərhumun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Hadisənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.