Azərbaycanda 2 nəfər xilas edildi

xilas

Azərbaycanda 2 nəfər xilas edilib.

XALQ.AZ-ın məlumatına görə, hadisələrdən biri Bakı şəhərinin Qaradağ rayonunda baş verib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanına binanın damından enərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Digər vətəndaş isə Sabunçu rayonunda dənizdə xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən,bir nəfər batma təhükəsi ilə üzləşib.

O, FHN-in xilasedicisi tərəfindən xilas olunub.