Nazir vətəndaşları qəbul edəcək

Nazir

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəkidə 6 rayonun sakinləri ilə görüşəcək.

Nazirlikdən verilən məlumata görə, iyunun 25-də saat 10:00-da Səlim Müslümov Nazirliyin Şəki rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.