Nazir xəstəxanaya yerləşdirildi

 

65

Nəqliyyat naziri Ziya Məmmədov dünən axşam saatlarında özəl təyyarə reysi ilə təcili Türkiyəyə aparılıb. Analitik.az saytına daxil olan məlumata görə, onun axşam saatlarında vəziyyəti qəfildən pisləşib. Ürəyində kəskin ağrılar hiss edən nazirin infarkt keçirdiyini həkimlər bildirəndən sonra, yaxınları dərhal onu Türkiyəyə aparmaq qərarını veriblər. Hazırda Türkiyədə məşhur xəstəxanalardan birində müalicə olunmaq məqsədilə yerləşdirilən Ziya Məmmədovun səhhətinin son vəziyyəti barədə dəqiq məlumat verilmir. Biz də öz növbəmizdə Ziya Məmmədova Allahdan şəfa diləyirik.