Yasamaldakı Çay Evindən -ŞİKAYƏT

48

 

 

Yasamal rayonu İzmir küçəsi 5A, mənzil 57- də yaşayan Ramidə Ələkbərova şikayət məktubu göndərib. Sakin məktubunda yaşadığı mənzilin aşağısında yerləşən çay evindən narazı olduğunu bildirib.

“Gecələr saat 3-dək səs küy, qəlyan iyindən yatmaq olmur. Ailədə yaşlı anam, balaca uşaq var. Anam xroniki pnevmoniya ilə xəstədir, mən özüm asma xəstəsiyəm. Sentyabr 3-də bütün bunlara dözməyərək Yasamal rayon 27-ci polis bölməsinin sahə inspektoru Rövşən müəllim və ailə üzvlərimlə birgə şikayətimizi demək üçün çay evinə getdik. Qəlyan evinin Sənan adlı administratoru bizi ələ salmağa başladı, təhqirlərə məruz qaldıq. İş o həddə çatdı ki, müştərilərdən biri anamı və bacımı söydü.

Biz sadə və ziyalı ailəyik, heç kimə manə olmuruq. Aidiyyatı qurumların narazılığımıza səbəb olan məsələnin tez zamanda həll etmələrini xahiş edirik”.“Qafqazinfo”