Nazirdən yeni təyinat

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
XALQ.AZ xəbər verir ki, Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Rafael Cəfərov Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, o, daha öncə Nərimanov Rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.