Sahibə Qafarova “Heç kim Azərbaycanla təhdid dilində danışa bilməz”

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Ordusu qüdrətini bütün dünyaya göstərdi.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçiriən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Türkiyə özünün siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında yer alıb:

“Zəfər paradında Türkiyənin bizimlə bir yerdə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə qardaş ölkədir. Həmin paradda nümayiş etdirilən ən müasir hərbi texnikalar dövlətimizin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı onu da göstərir ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz”.