Nazirdən yeni təyinat

11

 

Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Yasin Rüstəmov tutduğu vəzifədən azad edilib.

Xalq.az Modern.az-a istinadən xəbər verir ki, məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsinin mətbuat katibi Elman Babayev də təsdiqləyib. Amma o, Y.Rüstəmova başqa vəzifə verildiyini bildirib. Belə ki, nazir Səlim Müslümovun müvafiq əmri ilə, Yasin Rüstəmov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Şəmkir rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi təyin olunub.

Hazırda Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi vəzifəsini müavin icra edir.