Nazirlə görüş vaxtı dəyişdirildi

Selim

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Quba rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Səlim Müslümovun Quba rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, iyulun 25-dən iyulun 21-nə keçirilib.

S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar info@mlspp.gov.az elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (023)335-39-79 (Quba rayon ƏSMM), (023) 385-25-43 (Qusar rayon ƏSMM), (023) 325-34-11 (Xaçmaz rayon ƏSMM), (023) 353-27-92 (Şabran rayon ƏSMM) və (023) 304-06-34 (Siyəzən rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Quba rayonuna aparılıb gətirilmələri təmin ediləcək.