Zaqatalada attraksion aşdı (FOTO)

Atraksion

Ötən gün axşam saat 20:23 radələrında şəhərin mərkəzindəki Heydər Əliyev Parkında attraksion aşıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza zamanı attraksionda əylənən sakinlər xəsarət alıblar. Yaralılardan biri Gülcöhrə Əhməd qızı Cumayeva ağır yaralanıb.

Verilən məlumata görə, aşan attraksion 70-ci illərində quraşdırılıb. Verilən məlumata görə, hələ indiyə qədər həmin attraksion təmir olunmayıb.

Məsələyə aydınlıq gətirmək üçün Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə əlaqə saxladıq. Mübariz Əhmədzadə açıqlamasında bildirdi ki, hadisə əhəmiyyətsizdir.

“Guya böyük şey olub? Attraksiondur da, aşıb. Heç kəs xəsarət almayıb. Yalan şeydir. Bu barədə lazımı adamlara məlumat verilib. Gedin aidiyyatlı qurumlardan məlumat alın. Mənim borcum deyil ki, sizə məlumat verim”, – deyə Mübariz Əhmədzadə bildirib.

İcra Hakimiyyətinin başçısı daha sonra əsəbi halda telefon danışığını bitirdi.

Maraqlıdır, görəsən icra başçısı attraksion aşmasını əhəmiyyətsiz sayırsa, onun fikrincə əhəmiyyətli hadisə nədir?

Atraksion

Atrak