Nazirlər Kabinetində dəyişiklik

 

75

 

Nazirlər kabinetində dəyişiklik oldu

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” və “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” qərarlarında dəyişikliklər edib

Xalq.az-ın verdiyi məlumata görə, dəyişiklik Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatların 10 il müddətinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad edilməsi ilə bağlıdır.

Qərar 30 gün sonra qüvvəyə minəcək. Bu qurğuların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı da müəyyənləşib.