“Qız qalası” Beşinci Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

 

76

 

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə mayın 7-dən 9-dək Bakıda “Qız qalası” Beşinci Beynəlxalq İncəsənət Festivalı keçiriləcək.

 

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Müasir İncəsənət Muzeyinin və “Qız qalası” incəsənət qalereyasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq beynəlxalq festival İçərişəhərdə – Qız qalasının qarşısındakı meydanda təşkil olunacaq.

 

2010-cu ildən etibarən keçirilən festivalın əsas məqsədi Qız qalasının dünyada təbliği və tanıdılmasına töhfə verməkdir.