Nazirlərin,deputatların “Anım Günü” ilə bağlı paylaşımları

27 senyabr Anım Günü ilə bağlı nazirlər,millət vəkilləri sosial şəbəklərdə paylaşım ediblər. XALQ.AZ paylaşımaları təqdim edir:

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Torpaqlarımızınişğaldan azad edilməsi üçün başlanan əks-hücum əməliyyatından 1 il ötür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti ilə qazanılmış böyük zəfər ölkəmizin davamlı tərəqqisi üçün möhkəm zəmin yaradır.Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.

*****

Xarici İşlər naziri Ceyhun Bayramov

27 Sentyabr – Anma Günündə#Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan bütün Qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmətlə anırıq

****

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü – Milli Qürur Günümüzdür. Məhz bu tarixdə düşmənin növbəti hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi ehtiramla anırıq!

****

Milli Məclisin deputatı Ülvi Quliyev

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid olub, 7 nəfər itkin düşmüş sayılır.Allah şəhidlərimizə rəhmət etsin.

****

Milli Məclisin deputatı Rəşad Mahmudov

#1il geridə qaldı…27 Sentyabr; “#BirXalgınQürurununDirçəlməsiGünü‘ kimi dünya tarixinə əbədi olaraq həkk olundu…#QarabağAzərbaycandır!

***

Milli Məclisin deputatı Soltan Məmmədov

Bu gün Azərbaycan Ordusunun Ali Baş Komandanın əmri ilə torpaqlarımızı 30 illik işğaldan azad etmək uğrunda döyüş əməliyyatlarına başladığı gündür. Vətənin bütövlüyü, azadlığı uğrunda minlərlə Azərbaycan oğlunun Müqəddəs Şəhidlik zirvəsinə ucaldığı bu müharibə bizə bir millət olaraq tarixi yenidən yazmaq şansı verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!Şəhidlərimizi qürur və ehtiramla anırıq!

*****

Milli Məclisin deputatı Novruz Aslanov

27 Sentyabr Anım Günündə bir daha şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir, Tanrıdan rəhmət diləyirik. Şəhidlərimizin ruhu rahatdır, çünki uğrunda canlarından keçdikləri Vətən torpaqları azaddır. Şəhidlərimizin ruhu  həm də ona görə rahatdır ki, əmanət qoyub getdikləri doğmalarının – valideynlərinin, övladlarının yanında qüdrətli Azərbaycan dövləti var. Şəhidlərin xatirəsi bizə nə qədər əzizdirsə, onların ailələrinin sosial rifahı, mənzil-məişət şəraiti də bir o qədər dövlətimizin diqqət mərkəzindədir.  Bu sahədə ən gözəl nümunələri isə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ortaya qoyur.

****

Milli Məclisin deputatı Jalə Əliyeva

Müharibənin qələbə ilə başa çatmasını şərtləndirən 3 əsas amil var idi. Prezident, onun simasında dövlət. Ordu, ordunun simasında əsgər və zabitlərimiz. Xalq, xalqın da simasında Azərbaycan xalqı. Bu 3 böyük tandemin birləşməsi, həmrəyliyi sayəsində biz qələbəyə imzamızı atdıq. Müharibədə sadəcə tankların, silahların dili ilə deyil, eyni zamanda ideologiyamızla qalib gəldik.

****

Milli Məclisin deputatı Nəsib Məhəməliyev

27 sentyabrda səhər tezdən erməni qoşunları cəbhənin müxtəlif istiqamətlərindən mövqelərimizi atəşə tutmağa başladılar. Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrə “İRƏLİ” əmrini verdi. Artıq müharibənin ilk günü düşmənin müdafiə xətti iki istiqamətdən yarıldı. Bir neçə kənd və strateji yüksəklik azad olundu. Ümumiyyətlə, qoşunlarımız 44 gün ərzində, hər gün bir neçə yaşayış məntəqəsini azad etməklə, düşmənə sarsıdıcı zərbələr vurur, bir addım da olsa geri çəkilmirdilər. Zərgər dəqiqliyi ilə hazırlanmış döyüş əməliyyatları nəticəsində, 30 il ərzində qurulmuş mürəkkəb mühəndis-istehkam qurğularına, çətin relyefə malik dağlıq şəraitə və hücum edən tərəf olmasına baxmayaraq, Qəhrəman Əsgərlərimiz ölümün gözünə dik baxaraq yalnız irəlilədilər. Ən innovativ metodların və silahların tətbiq olunduğu döyüş əməliyyatları dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

****

Milli Məclisin deputatı Aydın Hüseynov

Bir il öncə bu saatlarda Azərbaycanın mərd oğulları, qorxmaz igidləri, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətənimizin müdafiəsi və işğalda olan torpaqlarımızın azad olunması naminə əks hücuma başladılar. Vətən uğrunda gözünü qırpmadan canından keçən, tariximizin ən şanlı qələbəsini bizə yaşadan vətən oğullarına minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Qarabağ Azərbaycandır!

****

Milli Məclisin deputatı Fatma Yıldırım

Azərbaycanın bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin. Onların qəhrəmanlığı heç bir zaman unudulmayacaq!

*****

Milli Məclisin deputatı Sadiq Qurbanov

Bu gün Vətən müharibəsinin başlamasından bir il ötür.2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayaraq, çox qısa bir müddətdə qəhrəman ordumuz düşmənin müdafiə xəttini yaradı və sürətli əks-hücum əməliyyatı həyata keçirməyə, ərazilərimizi düşmən tapdağı altından azad etməyə başladı.Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və rəşadətli ordumuzun müqayisə edilməz qəhrəmanlığı, igidliyi, qorxmazlığı nəticəsində 2020-ci il 8 noyabrda Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olunaraq şəhərdə Azərbaycan Bayrağı qaldırıldı və bununla da düşmənin belini qırdı. Məhz Şuşanın azad olunması müharibədə həlledici nöqtə oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Təsadüfi deyil ki, məhz həmin gün Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu. Lakin bütün bu qazanılan qələbələr şəhid qardaşlarımızın qanı və igid oğullarımızın sağlamlığı bahasına başa gəldi.Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Tanrıdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa arzulayırıq!

***

Milli Məclisin deputatı Məşhur Məmmədov

İşğaldan altında qalan torpaqlarımızın azadlığı Vətən müharibəsindən keçdi. Vətən müharibəsinin başlanmasının ildönümüdür. 30 ilə yaxın əsarətdə qalmış torpaqlarımızın azadlığa qovuşması üçün təəssüf ki, müharibənin yazılmamış qanunları ilə şəhidlər verdik, yüzlərlə mərd oğlumuz yaralandı. Hər bir şəhidə Allahdan rəhmət, ailələrinə səbr, Qazilərimizə cansağlığı diləyirik.

***

Milli Məclisin deputatı Tahir Mirkişili

“Nə yatmısan, qoca vulkan,səninləyəm!Ayağa dur, Azərbaycan, səninləyəm!Hanı sənin tufan yıxan, Gurşad boğan, Yurda oğul oğulların!Qara Çoban, Dəli Domrul oğulların?”

Biz 30 il Məmməd Arazın bu şeirinin sözləri ilə yaşadıq, utanc hissi ilə, qınaq hissi ilə. Amma 27 sentyabr 2020-ci ildə bu şeirdə nələr istənmişdi o baş verdi. Qoca vulkan oyandı, yurdumuzun qəhrəman oğulları Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə düşməni darmadağın etməyə başladı, üzərimizdəki o ləkəni təmizləməyə başladı. Həmin gün xalq birləşdi, bir yumruq oldu. Azərbaycan yenidən doğuldu! Biz hər birimizdə mövcud olan “yarımçıqlıq” sindromundan azad olduq! Yeni Azərbaycanın, hər birimizin yeni doğum tarixi məhz o gün oldu!O anları, hissləri bizə qəhrəman şəhidlərimiz bəxş etdi:“Sahibsiz vətənin batması haqdır, Sən sahib olarsan bu vətən batmayacaqdır!”Biz onları daim qürurla anacağıq! Hər birimiz onlara oxşamağa çalışacağıq! Onlar bizim ən yaxşılarımızdır!

****

Milli Məclisin deputatı Elnur Allahverdiyev

Bu gün xalqımızın birliyini, dövlətimizin qüdrətini, ordumuzun əzmini, liderimizin qətiyyətini dünyaya nümayiş etdirdiyimiz gündür. Bu gün bizi Zəfərə aparan Vətən müharibəsinin başlandığı gündür. Allah şəhidlərimizə rəhmət etsin! Yaralı qazilərimiz tezliklə şəfa tapsın! Eşq olsun Azərbaycan xalqına! Yaşasın müstəqil Azərbaycan!

****

Milli Məclisin deputatı Sevinc Fətəliyeva

Tarixi Qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Bu fəxarəti bizə yaşadan hər bir şəhid qardaş və bacımız bizim qəlbimizdə əbədi yaşayacaq . Azərbaycan gəncliyi və gələcək nəsillər onları daim fəxr və qürurla anacaqlar. Qələbə ruhumuz,müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq, tarixlərdə, dastanlarda var olacaq! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

****

Milli Məclisin deputatı Tamam Cəfərov

27 sentyabr Anım Günü – milli qürur günümüzdür!

27.09.2021 tarixində saat 12-də Vətən müharibəsi şəhidlərimizin müqəddəs ruhlarını bir dəqiqəlik sükutla yad etdik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Bizə qələbəni bəxş edənlərin müqəddəs ruhları qarşısında baş əyirik!

****

Milli Məclisin deputatı Emin Hacıyev

Qəlbinin sevgilisi ilə ayrılıb, Vətən sevgisi ilə şəhid olan bütün əsgər və zabitlərimizi dərin ehtiramla anır, xatirələrini uca tuturuq. Onların ruhu qarşısında baş əyirik!

***

Milli Məclisin deputatı Kamran Bayramov

Sentyabrın 27-də Qurtuluş savaşı Azərbaycan tarixinin bir şanlı səhifəsi kimi dünya tarixinə düşüdü. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ən müasir hərb texnikaları ilə görünməmiş misilsiz qəhərəmanlıq dastanı yazdılar. Azərbaycan ordusu 44 gün ərzində düşəmənin alınmaz qala çevirmək istədiyi ərazilərimizı erməni faşistlərindən təmizləyərək ağır məğlubiyyətə düçar edib, kapitulyasiyaya vadar edib, ərazi bütövlüyümüzü bərpa etdi. Bu möhtəşəm Qələbə tarixə bir qalib xalqın qəhrəman Ordusu kimi düşəcək. Gələcək nəsillər bu şərəfli tarixlə qurur duyacaq”.

*****

Milli Məclisin deputatı Ülviyyə Ağayeva

Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş mərd oğullarımızın xatirəsi daim qəlbimizdə yaçayacaq…Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun…

****

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Bu gün sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bir daha torpaqlarımızın azad olunması uğrunda canlarını fəda etmiş şəhid övladlarımıza Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirik.

****

Milli Məclisin deputatı Ramil Həsən

Xalqımız hər zaman 27 Sentyabr – Anım günü Qarabağ Vətən müharibəsi Şəhidlərini böyük ehtiram və hörmətlə anacaq, öz canı-qanı bahasına Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin sərkərdəliyi ilə Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır! Allah Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin.

***

Milli Məclisin deputatı Vuqar İskəndərov

“Bu gün ölkəmizdə Anım Günü olmaqla yanaşı, həm də qürur günümüzdür. Bu qələbəni bizə yaşadanların günüdür. Bu gün məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın yenilməz ordusunun 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızı 44 günə işğaldan təmizlədiyi o şərəfli gündür. Biz bir daha hamılıqla bu qələbəni bizə yaşadan şəhidlərimizin xatirəsi qarşısında, qazilərimizn qəhrəmanlığlı qarşısında baş əyirik!”.

***

Milli Məclisin deputatı Cəbi Quliyev

27 sentyabr tariximizə qürur və zəfər salnaməsi kimi yazılan 44 günlük müqəddəs zəfər müharibəsinin başlandığı gündür.Şəhidlərimizin uca ruhları qarşısında baş əyir, bütün şəhidlərimizi hörmətlə yad edir, qazilərimizə Allahdan can sağlığı arzu edirəm.

*****

Milli Məclisin deputatı İqbal Məmmədov

Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin başçılığı, sərkərdəliyi ilə müsəlləh Azərbaycan Ordusunun Qarabağın, işğal olunmuş ərazilərimizin mənfur erməni işğalından azad olunması uğrunda II Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixinin artıq bir ili tamam oldu –

“İşğalçı Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti qanlı təxribat, bütün cəbhə boyu atəşkəsi pozması onun üçün əlbəttə ki, baha başa gəldi.
Çünki qərarlı, əzmli Azərbaycan, Azərbaycan Ordusu ilə üz-üzə gəldi.
Ali Baş Komandanımızdan əks-həmlə tapşırığı alan rəşadətli Azərbaycan Ordusu qısa zaman kəsiyində, 44 gün ərzində bunu Vətən müharibəsinin Şanlı Zəfər tarixinə çevirdi. Dəmir yumruq hərəkatı adı altında Ali Baş Komandanın rəhbərliyində qəhrəman ordumuz Azərbaycan tarix salnaməsinə Qarabağ Zəfər tarixini yazdı.

****

Milli Məclisin deputatı Könül Nurullayeva

Bu gün #Azərbaycan xalqının şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsinin başlamasının üzərindən düz bir il vaxt ötür. Cənab #Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, ölkəmizdə 27 sentyabr tarixi İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizin əziz xatirəsinin anılması məqsədilə #AnımGünü kimi qeyd olunur. Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi, qəhrəman hərbçilərimizin şücaəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın möhtəşəm qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında #zəfər çaldı. Bu zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu. Bütün şəhidlərimizin ruhunu böyük hörmət və ehtiram hissi ilə anır, onların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Şəhadət zirvəsinə ucalmış igid oğullarımızın hər birinə Uca Yaradandan rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Sayənizdə

***

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğala, təcavüzə son qoyan, düşməndən qisasımızı misli ilə alan, 200 ildən çox davam edən erməni düşmənçilik siyasətinə həlledici zərbə vurmaqla bölgədə yeni bir dövr başladan qalib Azərbaycan Ordusuna eşq olsun! Vətən Müharibəsində xalqımız, dövlətimiz və insanlıq naminə ən ali amallar uğrunda canından keçən hər bir şəhidimizin xatirəsini hörmət və ehtiramla anır, ruhları qarşısında baş əyib onlara Allahdan rəhmət diləyir, qazilərimizə və haqq savaşının hər bir iştirakçısına isə minnət və təşəkkür borcumuzu ifadə edirik!

****

Milli Məclisin deputatı İltizam Yusifov

Himnimizin sözlərində qanımıza və canımıza hopan “Hərə bir qəhrəman oldu” ifadələri 44 günlük şanlı Vətən Müharibəsində bir daha öz əksini tapdı. Hər birimizin bir amalı var idi. Düşmənin başını dəmir yumuruqla əzmək. Bəli Başda Ali Baş Komandan olmaqla, Müzəffər Ordumuz bizim bu arzumuzu reallaşdırdı. Bu gün Qürurluyuq. Bu gün xoşbəxtik və biz tarix yazdıq. 44 günə yazılan tarixi sərkərdələr illər əlrzində yaza bilmir….Qələbə sevincimizi bizə yaşadan şəhidlərimizin ruhi şaddır. Onların qanı yerdə qalmadı. Torpaqlarımız işğaldan azad olundu. Artıq Şuşada, Cıdır Düzündə, Kəlbəcərdə, Ağdamda, Laçında, Füzulidə, Zəlgilanda, Qubadlıda Azərbaycan bayrağı dalğalanır. Bu bayraq hər zaman uca zirvələrdə dalğalanacaq və bir daha enməyəcək. Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfalar diləyirik.

****

Milli Məclisin deputatı Şahin Seyidzadə

Unutmadıq!

Qəhrəmanlarımızın xatirəsi əbədi yaşayacaq !