Nazirlik: Araşdırılır

Azərbaycanda fəaliyyət göstərən bir neçə sayta girişlə bağlı məhdudiyyət yaranıb. Demək olar ki, saytlar açılmır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a problemin araşdırıldığı bildirilib:
“Hazırda bir neçə sayta girişlə bağlı problem yarandığı deyilir. Nazirlik olaraq problemin səbəblərini araşdırırıq. Araşdırandan sonra məlumat verəcəyik”.

Yeganə