Nazirlikdə işləmək istəyirsiz?

22

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya növbəti müsabiqə və ümumi müsahibə elan edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, müsabiqəyə digər dövlət orqanları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi 4 və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 1 vakansiya təqdim edib.

Elektron Təhlükəsizlik Mərkəzinin vakansiyalarına baş mühasib, Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunun müdiri, Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, Əməliyyat sektorunun müdiri vəzifələri daxildir.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu isə Sahibkarlığın inkişafı sektorunda baş məsləhətçi (hüquqşünas) vəzifəsi üzrə vakansiya təqdim edib.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.