Neft emalı zavodunda yanğın

İranın qərbində yerləşən Loristan vilayətinin Durud rayonunda neft emalı zavodunda yanğın başlayıb.

Bu barədə İranın İRNA rəsmi xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Durud rayonunda yerləşən sənaye bölgəsindəki neft emalı zavodunda günortadan əvvəl baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.

Hadisənin səbəbi məlum deyil və yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.