Neftçilər ən çox maaş alır

 

65

Ölkə üzrə müxtəlif peşə sahələrindəki məvaciblərin həcmi açıqlandı.

2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 440,8 manat təşkil edib.

XALQ.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 704,1 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 625,1 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 545,0 manat, informasiya və rabitə sektorunda isə 725,9 manat təşkil edib.

“Əmək haqqı neft sektorunda 1756,0 manat, qeyri-neft sektorunda 407,5 manat, dövlət bölməsində 356,2 manat, özəl bölmədə 565,7 manat təşkil edib”, – məlumatda deyilir.