Rabitə sektorunun gəlirləri açıqlandı

 

 

Xidmətlərin həcmi artıb.

İlin əvvəlindən keçən səkkiz ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 988,9 milyon manatlıq xidmət göstəriblər.

2013-cü ilin yanvar-avqustuna nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 10,5 faiz artmış, xidmətlərin 72,6 faizi əhaliyə göstərilib və əldə edilmiş gəlirin 78,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.