Nəsimi rayon icra hakimiyyətinin cavabı: “Gedin hara istəyirsiz şikayət edin…”.- Video
Nəsimi rayonu Elman Ovçuyev küçəsindəki bir bina söküləcək. Buna səbəb ərazidə park sahəsinin genişləndirilməsidir.
XALQ.AZ Xezerxeber.az xəbər verir ki, sakinlər isə təklif edilən şərtlərlə razı deyillər.
Sakinlər bildirirlər ki, onlara hər kvdartametrə görə əraziyə uyğun olmayan, çox az məbləğ təklif edilir.
Sakinlərinə sözlərinə görə, burda yaşayanlardan yalnız 5 mənzil sahibini razı sala biliblər. Sakinlər mənzil sahələrinin də olduğundan az yazıldığını iddia edirlər.
Məsələ ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin ərazidə park sahəsinin genişləndirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Bakı şəhər İH.nin sərəncamı var. Sərəncam əsasında köçürmə komissiyası yaradılıb. Vətəndaşlarla hazırda görüşlər keçirilir. Park ərazisi olduğuna görə aidiyyəti qurumlar tərəfindən yerində ölçmə işləri aparılıb, aktlar tərtib olunub, məbləğlər təyin edilib. Dövlət layihəsi olduğu üçün, vəsait də dövlət tərəfindən ödənilir. O da bildirildi ki, park salınmasıyla əlaqədar ümumilikdə 134 ailədən 80 yaxın ailə ilə 4 gün ərzində razılaşma aparılıb, müqavilə bağlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.