media-nesimii

Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 39-59 ünvanında yaşayan sakinlər həyətlərində təmir və abadlıq işlərinin aparılmamasından şikayətçidirlər.

Onların sözlərinə görə, 1960-cı ildə inşa olunan binada həmin vaxtdan bəri heç bir təmir işi aparılmayıb.

“Qonşu məhəllələrin hamısında abadlaşdırma işləri aparılıb. Həyətlərdə uşaq meydançası tikilib, bütün binaların fasadları təmir olunub. Amma bizim həyətimizə baxan yoxdur. Aidiyyəti qurumlara müraciət etsək də, nəticəsi olmayıb. Övladım məktəbdən gəlib həyətdə oynayır, yuxarıdan isə daşlar düşür. Kiminsə başına iş gəlsə, buna görə cavab verməli olacaqlar. Ona görə də istəyirik ki, bina ya sökülsün, ya da abadlaşdırılsın”, – deyə şikayətçi narazılıq edib.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, Süleyman Rüstəm küçəsində “Abad həyat” layihəsi çərçivəsində bir neçə həyətdə mərhələli şəkildə abadlıq işləri aparılıb:

“Sözügedən binanın həyətində də abadlıq işlərinin aparılması nəzərdə tutulub. Həyətə baxış keçirilib və növbəti mərhələdə oranın da abadlaşdırılması həyata keçiriləcək”.

Daha ətraflı Baku TV-nin süjetində:

 


media-ads728x90

Bənzər xəbərlər