“Nihat” kafesi fahişəxana imiş

fahise

Göygöldə gizlin fəaliyyət göstərən fahişəxana aşkarlanıb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindnə həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində Hacıkənd kəndinin ərazisində yerləşən “Nihat” kafesinin fahişəxana olduğu məlum olub.

Əməliyyat zamanı kafeni işlədən İntiqam Nəcəfov saxlanılıb. Onun gəlir əldə etmək məqsədi ilə qadınları kafeyə işə cəlb etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.